07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Ölüm məhbusunun son günü" olacaq - Foto
Tarix: 25-09-2019 23:23 | Bölmə: Mədəniyyət
"Ölüm məhbusunun son günü" olacaq

Şah Mat Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edam məhkumunun son günü" adlı tamaşanın premyerası olacaq.

Reyting.az
-a verilən məlumata görə, Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir. Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.

Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqun klassik romanına tamamilə fərqli aspektdən yanaşaraq maraqlı mono tamaşa ərsəyə gətirib.

40 dəqiqə davam edən səhnə əsərində bir yoxsul oğlan xəstə qızına çörək oğurlayarkən istəmədən digər şəxsi öldürür. Onu həbs edirlər və məhkəmə qatil haqqında ölüm hökmü verir...

Tamaşanın premyerası 26 sentyabrda, 19.30-da “Etüd” kafe-barında olacaq.

"Ölüm məhbusunun son günü" olacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}