17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şah Mat “Ezop”u Şuşa teatrının səhnəsinə çıxaracaq - Foto
Tarix: 22-11-2019 15:47 | Bölmə: Mədəniyyət
Şah Mat “Ezop”u Şuşa teatrının səhnəsinə çıxaracaq

Şah Mat Teatrı yeni tamaşa hazırlayıb.

Teatrdan Reyting.az-a verilən məlumata görə, Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa noyabrın 25-də, saat 19.00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Aişə Həsənovadır.

Tamaşada rolları Anar Bulud, Orxan Bakinskiy, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev və Azad Kərim ifa edirlər.

"Amansız teatr" üslubunda hazırlanmış iki hissəli tamaşada həqiqətin və ədalətin olmamağından söz açılır.

Şah Mat “Ezop”u Şuşa teatrının səhnəsinə çıxaracaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}