17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Ağ bığlılar”ı yenidən səhnəyə çıxarıblar
Tarix: 03-12-2019 13:21 | Bölmə: Mədəniyyət
“Ağ bığlılar”ı yenidən səhnəyə çıxarıblar

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirilib.

Reyting.az
xəbər verir ki, səhnə əsəri Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izlənilib. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlarından danışılır.

Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz vəziyyətlərdən, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}