16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Nəsimi” kompozisiyasının təqdimatı olacaq - Fotolar
Tarix: 04-12-2019 15:56 | Bölmə: Mədəniyyət
“Nəsimi” kompozisiyasının təqdimatı olacaq

Dekabrın 5-də saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” kompozisiyasının təqdimat mərasimi olacaq.

Teatrdan Reyting.az-a verilən məlumata görə, layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir. Balet kompozisiyanın quruluşu da Emin Əliyevə məxsusdur.

Klipin quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Bu klip "Nəsimi ili"nə teatrın böyük hədiyyəsi olacaq.

“Nəsimi” kompozisiyasının təqdimatı olacaq
“Nəsimi” kompozisiyasının təqdimatı olacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}