Hacı Zeynalabdin Tağıyevin evi satışa çıxarılıb - Foto
Tarix: 05-12-2019 15:37 | Bölmə: Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin evi satışa çıxarılıb

Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Türkiyənin Büyükada ərazisində yerləşən evi satışa çıxarılıb.

Bu barədə “Takvim” qəzeti məlumat yayıb.

Bildirilir ki, 300-dən çox yaşı olan tarixi binanın dəyəri 17 milyon lirədir (təxminən – 5 milyon 15 min 706 manat).

Birinci dərəcəli tarixi əsər adlandırılan evin Osmanlı dönəmində tikildiyi, daha sonra H. Z. Tağıyev tərəfindən satın alındığı söylənilir.

Hazırda xeyriyyəçinin nəvələri tərəfindən müəyyən aylarda istifadə olunan bina 2 min 400 kvadratmetrdir. 5 otaq və 2 zaldan ibarət evin həyətində xidmətçilərin yaşaması üçün xüsusi bir ev də var. Dəniz mənzərələri evi almaq üçün bir neçə nəfərin müraciət etdiyi deyilir.(Axşam.az)

Hacı Zeynalabdin Tağıyevin evi satışa çıxarılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}