Zeynəb Xanlarova seçkiyə qatılacaq? - Köməkçisindən açıqlama
Tarix: 11-12-2019 15:44 | Bölmə: Mədəniyyət
Zeynəb Xanlarova seçkiyə qatılacaq? - Köməkçisindən açıqlama

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".

Reyting.az xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:

"Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}