Yazıçılar Birliyinin üzvü mükafatdan imtina edib - Səbəb
Tarix: 17-12-2019 14:06 | Bölmə: Mədəniyyət
Yazıçılar Birliyinin üzvü mükafatdan imtina edib

İran Azərbaycanlı yazar, İran Yazıçılar Birliyinin üzvü Rüqəyyə Kəbiri açıq məktubunda İranda noyabr ayında hökumətə qarşı etirazlar zamanı vətəndaşların öldürülməsinə etiraz olaraq Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının mükafatını qəbul etməkdən imtina etdiyini bildirib. O, 36-cı Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının İqtibas hekayəsi bölümündə ikinci yeri qazanıb.

Gənc Kino Birliyi və İran Ədəbiyyatı və Hekayələri Dərnəyinin səlahiyyətlilərinə ünvanladığı məktubunda o, "noyabr ayında etirazlarda həyatını itirən insanların ailələrinın acısına ortaq olmaq niyyəti ilə" mükafatı almaqdan imtina etdiyini yazıb.

"İran Gənc Kino Birliyi və İran Ədəbiyyatı və Hekayələri Fondunun hörmətli rəsmiləri, Festivalın qapanışından bir gün sonra baş verən hadisələr ölkəmin xalqının bir çoxunun kədərlənməsinə səbəb olmuşdur. Festivalda İqtibas hekayəsi bölümündə layiq görüldüyüm pul mükafatını qəbul etməkdən imtina edəcəyimi bildirirəm" - deyə, Rüqəyyə Kəbiri 12 dekabr (21 azər) tarixində yazdığı məktubunda bildirib.

Şair və hekayə yazarı Rüqəyyə Kəbiri İran Azərbaycanının Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində dünyaya gəlib. O, əsərlərinin çoxu Azərbaycan türkcəsinə yazıb. Rüqəyyə Kəbirinin bir neçə əsəri, o cümlədən "Ürəyim Ağrıyır" və "Evim" adlı hekayələri Bakıda nəşr edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}