17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək
Tarix: 19-12-2019 12:47 | Bölmə: Mədəniyyət
Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçiriləcək

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində dekabrın 20-21-də Azərbaycanda ilk dəfə “Üçüncü Bahar” yaşlıların festivalı keçiriləcək.

Reyting.az
xəbər verir ki, festivalın ilk günü dekabrın 20-də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində təşkil olunacaq.

Festivalın yekun tədbiri dekabrın 21-də Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutacaq. “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Festival zamanı səhnə çıxışları, ustad dərsləri, sərgi və yaşlıların uşaqlıq dövrlərində oynadığı oyunlar təşkil olunacaq. Festivalda bütün yaşlılar iştirak edə bilər. İştirakçılar “Üçüncü Bahar” Festivalına övladları və nəvələri ilə birgə qatıla bilərlər.

Festivalda iştirak etmək istəyənlər 055 704 2018 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}