Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq
Tarix: 24-12-2019 12:12 | Bölmə: Mədəniyyət
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən Reyting.az-a verilən məlumata görə, tədbir dekabrın 25-də saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvarın 17-də Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}