YAP Mənsum İbrahimovun namizədliyini irəli sürdü - Yenilənib
Tarix: 27-12-2019 15:47 | Bölmə: Mədəniyyət
YAP Mənsum İbrahimovun namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi.

Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.

***

Mənsum İbrahimov parlamentə Yeni Azərbaycan Partiyasından namizəd olacağı haqqında iddiaları təkzib edib.

O qeyd edib ki, heç vaxt hakim partiyanın üzvü olmayıb:

"Mən hazırda Türkiyədə səfərdəyəm. Parlamentə namizəd olmaq fikrim yoxdur. Üstəlik, mən YAP-ın üzvü deyiləm. Bu şayiələr haradan ortaya atılıb bilmirəm.

Mənim hazırkı statusum millət vəkilindən hec də aşağı deyil".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}