17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Afaq Bəşirqızı milli mükafata layiq görülüb - Fotolar
Tarix: 29-12-2019 13:08 | Bölmə: Mədəniyyət
Afaq Bəşirqızı milli mükafata layiq görülüb

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, mədəniyyət tariximizdə xidmətlərinə görə sevimli səhnə ustası, "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı "Emedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

Reyting.az
xəbər verir ki, Afaq Bəşirqızı ona və Akademik Musiqili Teatrın solisti, balet artisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevə təqdim olunan mükafata və teatrın digər istedadlı gənclərinə göstərilən diqqətə görə “Emedia Group”un sədri Elşən Əliyevə minnətdarlığını ifadə edib.

Afaq Bəşirqızı milli mükafata layiq görülüb

"Bu mötəbər tədbirdə mükafatlandırılan xalqımızın nümunəvi millət vəkilləri, rəsmi şəxsləri, media nümayəndələri, iş adamları, incəsənət və digər sahələrdən olan peşəkarlarının sırasında çalışdığım Akademik Musiqili Teatrın solisti, Əməkdar artist Emin Əliyevin də olması məni sevindirir. O, Nəsimi ilində Akademik Musiqili Teatrın hazırladığı uğurlu layihələrindən biri – Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” balet-kompozisiyasının həm quruluşçusu, həm də Nəsimi obrazının ifaçısıdır. Mükafat kollektiv zəhmətin nəticəsidir”.

A. Bəşirqızı diqqətə çatdırıb ki, “Şəms” Milli mükafatlandırma mərasiminin bədii hissəsinə dolğunluq gətirən, dahi şairin həyat və yaradıcılığını əks etdirən digər tamaşa-kompozisiya teatrımızın istedadlı gəncləri – Zaur Əliyev, Əmrah Dadaşov, Fərid Rzayev, Nərmin Əliyeva, Zinyət Qurbanova, Əli Kərimov, Murad Əliyevin ifasında hamı tərəfindən rəğbətlə qarşılanıb. “Bütün bunlar bizim teatrın uğurudur! Davamlı olmasını arzulayıram”,- deyə A. Bəşirqızı çıxışında vurğulayıb.

Afaq Bəşirqızı milli mükafata layiq görülüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}