Sami Yusuf möhtəşəm “Azərbaycan” kompozisiyasını təqdim edib - Video
Tarix: 29-12-2019 14:19 | Bölmə: Mədəniyyət
Sami Yusuf möhtəşəm “Azərbaycan” kompozisiyasını təqdim edib

Bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.

Mədəniyyət Nazirliyi xəbər verir ki, proqramının müəllifi olan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusufun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanmışdı.

Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilmiş, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici toplamışdı.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.

Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}