16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Uşaq Teatrı böyüklər üçün “Sevgi şimşəyi” hazırayıb - Foto
Tarix: 16-01-2020 14:45 | Bölmə: Mədəniyyət
Uşaq Teatrı böyüklər üçün “Sevgi şimşəyi” hazırayıb

Gənc Tamaşaçılar Teatrında “Sevgi şimşəyi” tamaşası nümayiş olunacaq.

Reyting.az
-a verilən məlumata görə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Uşaq Teatrı tərəfindən hazırlanmış tamaşanın nümayişi 21 yanvar saat 19:00-da olacaq.

Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər.

Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Tamaşanın ilk nümayişi Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında olub.

Uşaq Teatrı böyüklər üçün “Sevgi şimşəyi” hazırayıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}