17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Rusiyanın yeni baş naziri həm də populyar mahnıların bəstəkarıdır
Tarix: 17-01-2020 20:28 | Bölmə: Mədəniyyət
Rusiyanın yeni baş naziri həm də populyar mahnıların bəstəkarıdır

Rusiyanın yeni baş naziri Mixail Mişustin həm də həvəskar bəstəkardır.

Reyting.az
“RBK”-ya istinadla xəbər verir ki, müğənni Qriqori Lepsin ifa etdiyi "Zola" mahnısının müəllifi, yazıçı və şair Aleksandr Vulıx bəstənin baş nazir Mişustin tərəfindən yazıldığını təsdiqləyib.

Vulıxın sözlərinə görə, musiqi bəstələmək Mişustin üçün hobbidir və o, bəstəkarlıq fəaliyyətini reklam etmir.

Baş nazirin Lepsin ifa etdiyi 2 mahnının musiqisinin müəllifi olması barədə ilk dəfə "Vedomosti" qəzeti xəbər verib.

Aleksandr Vulıx 2011-ci ildə Qriqori Lepsin "Əsl qadın" adlı mahnısının da müəllifinin Mixail Mişustin olduğunu təsdiqləyib.

Hər iki mahnı – "Zola" və "Əsl qadın" mahnılarının bəstəkarı kimi Mixail Mişustin adı Rusiya Müəlliflər Cəmiyyətinin reyestrində də qeyd olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər