07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Edama məhkumun son günü" nümayiş olunacaq
Tarix: 25-01-2020 20:54 | Bölmə: Mədəniyyət
"Edama məhkumun son günü" nümayiş olunacaq

Şah Mat Teatrının yaradıcı heyəti Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Reyting.az
-a verilən məlumata görə, Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərinin motivləri əsasında hazırlanmış "Edama məhkumun son günü" adlı tamaşanı nümayiş etdirəcək.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdiriləcək.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulud çıxış edəcək.

Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb və maraqlı bir mono-tamaşa ərsəyə gətirib.

40 dəqiqə davam edən səhnə əsərində bir yoxsul oğlan xəstə qızına çörək oğurlayanda istəmədən birini öldürür. Onu həbs edirlər və məhkəmə qatilə ölüm hökmü verir. O, ölümə gedən yolda hansı hisləri keçirdiyini danışır. Sonda onu edam edirlər. Lakin həmin adamı incidən daha çox bu cür qanunlardır ki, çox iyrənc və rəzildir. Bu qanunlar insana fiziki ağrılardan daha çox mənəvi ağrılar verir. Obrazın dili ilə desək, fiziki ağrılar, mənəvi ağrıların yanında heç nədir.

"Edama məhkumun son günü" nümayiş olunacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}