17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Yeni tamaşa növbəti dəfə nümayiş olunacaq
Tarix: 07-02-2020 14:37 | Bölmə: Mədəniyyət
Yeni tamaşa növbəti dəfə nümayiş olunacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında yeni tamaşalardan olan “Mən ağacam” növbəti dəfə nümayiş ediləcək.

Reyting.az
xəbər verir ki, fevralın 16-da izləniləcək tamaşa dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edəcək.

Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və naqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Əsərin özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər