10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub
Tarix: 07-02-2020 20:12 | Bölmə: Mədəniyyət
Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub

Bu gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ictimai-siyasi xadimlər və digər tanınmış şəxslər iştirak ediblər.

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Polad Bülbüloğlunu təbrik edib və onunla bağlı xatirələrini bölüşüb.

Polad Bülbüloğlu səhnəyə çıxaraq tədbir iştirakçılarına təşəkkür edib: "Xoşbəxtəm ki, 75 yaşına çatmışam, yenə Heydər Əliyev Sarayında konsert verirəm. Prezident İlham Əliyev məni dəvət etdi və təbrik etdi. Mən çox duyğulandım, nə cavab verəcəyimi bilmədim. Mənə xoş sözlər dedi. Fürsətdən istifadə edərək ona dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Mehriban xanım da zəng edib təbrik etdi və gözəl sözlər dedi. Ona da minnətdarlığımı bildirirəm".

Daha sonra konsert proqramı davam edib və sənətkar repertuarından mahnılar ifa edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}