Zabit Nəbizadə İranda keçirilən festivala qatılıb
Tarix: 19-02-2020 17:48 | Bölmə: Mədəniyyət
Zabit Nəbizadə İranda keçirilən festivala qatılıb

“Musiqi universal bir dildir, bir-birimizin dilini bilmədən ünsiyyət qura bilərik və tərcüməyə ehtiyac duymuruq”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu İranda səfərdə olan Azərbaycan musiqiçisi Zabit Nəbizadə deyib.

Zabit Nəbizadə İranda keçirilən festivala qatılıb

Muğam ustası Niavəran Mədəniyyət Mərkəzində keçirilən Fəcr Musiqi Festivalının dördüncü günündə konsert proqramı ilə çıxış edib. Xalq artisti bir sıra muğamları ifa edib.

“Ənənəvi İran musiqisi, Azərbaycan, Əfqanıstan və bəzi digər qonşu ölkələr ümumi cəhətləri bölüşür. Bu oxşarlıqlar iki ölkənin keçmişindən və indiki coğrafi yaxınlıqlarından qaynaqlanır. Hətta istifadə etdiyimiz alətlər də çox oxşardır”, - deyə Zabit Nəbizadə “ISNA”-ya bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}