17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şah Mat Teatrında “İstehkam” qurulacaq
Tarix: 24-02-2020 16:16 | Bölmə: Mədəniyyət
Şah Mat Teatrında “İstehkam” qurulacaq

Fevralın 27-də Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanmış eyni adlı səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Teatrın mətbuat katibi Turan Etibaroğlu Reyting.az-a bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdiriləcək.

Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Ümüd Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanmış tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edir.

1 saat 15 dəqiqəlik səhnə əsəri keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmasına baxmayaraq, hamının günahkar olmasından bəhs edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}