Əməkdar artist Rəhman Rəhmanov yenidən əməliyyat olunacaq
Tarix: 24-02-2020 16:55 | Bölmə: Mədəniyyət
Əməkdar artist Rəhman Rəhmanov yenidən əməliyyat olunacaq

Əməkdar artist Rəhman Rəhmanov yenidən əməliyyat olunacaq.

"Ona qalsa" verilişinə telefonla bağlantı edən 62 yaşlı aktyor koma vəziyyətində xəstəxanaya gətirildiyini, sabah ikinci dəfə əməliyyat olunacağını deyib:

"Əməliyyat olundum. İkinci əməliyyat gözlənilir. Vəziyyətim çətindir. Məni xəstəxanaya koma halında gətiriblər. Reanimasiyada qaldım. Mənəvi dəstəyə ehtiyacım var. Maddi dəstək lazım deyil. Hər şey yolundadır. Sabah ikinci əməliyyat olmalıdır. Həkimlər narkoza görə qalıblar. Fikirləşirlər, görək necə olacaq".

Yenisabah.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər