23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Tanınmış aktrisa koronavirusa yoluxub
Tarix: 16-03-2020 15:17 | Bölmə: Mədəniyyət
Tanınmış aktrisa koronavirusa yoluxub

Tanınmış aktrisa və model Olqa Kurilenko koronavirusa infeksiyasına yoluxub.

Bunu aktrisa “Instagram” səhifəsində açıqlayıb.

“Evdə koronavirus diaqnozu ilə təcrid edilmiş vəziyyətdə oturmuşam. Artıq, demək olar ki, bir həftədir xəstəyəm. Mənim başlıca simptomlarım istilik və halsızlıqdır. Diqqətli olun və bunu ciddiyə alın!”, - O.Kurilenko yazıb.

Qeyd edək ki, O.Kurilenko 1979-cu ildə Ukraynanın Berdyansk şəhərində doğulub. O, sonradan Parisə köçərək model karyerasına başlayıb. O.Kurilenko 2005-ci ildən kinoya çəkilməyə başlayıb. Aktrisa bondiananın “Mərhəmət kvantı” (2008) filmindən sonra məşhurlaşıb. O, həmçinin Tom Kruzla birgə fantastik döyüş janrında olan “Oblivion” filmində də baş rolda oynayıb. O.Kurilenko Milla Yovoviç və Mila Kunisdən sonra postsovet məkanında doğulmuş ən uğurlu qərb kinoaktrisası sayılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}