Tarix: 26-10-2016 16:15 | Bölmə: Mədəniyyət
"Xalq ulduzu" musiqi yarışmasının keçirilməsindən illər ötsə də, həmin yarışmanın saysız-hesabsız iştirakçılarından səhnədə qalanı azdır. Onlardan biri də Şəhla Həmidovadır. Sənətçi "Reytinq"ə müsahibəsində bunun səbəbini efirlərin pullu olması ilə əlaqələndirib.
Ş.Həmidova deyib ki, imkanı olanda efirəçıxır, olmayanda uzaqdan baxmaq məcburiyyətində qalır.
Diqqətinizə çatdıraq ki, musiqi yarışmaları başa çatandan sonra fəal iştirakçıların yaradıcılığı üçün bir il vaxt qoyulur. Yəni, bir il ərzində onların klipləri pulsuz yayımlanır, efirə çıxışları təmin edilir.
Şəhla xanım da bildirib ki, "Xalq ulduzu" yarışması başa çatandan sonra bir müddət efirdəonlara dəstək veriblər:
"Mahnılarım səsləndi, çıxışlarım oldu. ATV-nin indiki rəhbərliyi sağ olsun, sənətçilərə şərait yaradır. Mənə bu şəraiti yaratdıqları üçün onlara təşəkkür edirəm.
Amma telekanalın keçmiş rəhbəri belə deyildi, problemlə üzləşirdim. Pul verməyəndə efirə buraxmırdılar. Şəxsən mənə münasibət belə idi. İndi vəziyyət tamam fərqlidir".
"Xalq ulduzu" yarışmasından sonra yaradıcılığındakı yeniliklərə gəldikdə, müğənni deyib ki, "Dan ulduzu" ansamblı yığılanda onu da dəvət ediblər. Artıq uzun illərdir ki, bu ansamblda solist kimi çalışır. Üstəlik, yeni mahnılar dəyazdırır. Klipi isə "Ana" mahnısına ekranlaşıb:
"Amma klip çəkdirmək əlavə pul xərcləməkdir. Daha klipə maraq da itib. Çünki az baxılır. Sırf kliplər üçün kanallar olsa da, mənim o efirəçıxmaq imkanım yoxdur. Mən səhnəyə yaxşı mahnılarla çıxıram".
Xatırladaq ki,"Xalq ulduzu" yarışması zamanı Ş.Həmidovanın evlə bağlı qalmaqalı olmuşdu. Evsiz müğənni bu problemini hələ də həll edə bilməyib: "Yenə kirayədə qalıram. O vaxtdan çalışsam da, ev ala bilməmişəm.
O vaxt "Xalq ulduzu" yarışmasında mənə ev verildiyini elan elədilər. Sonra evin verilməsi ilə bağlı sənədi əlimdən aldılar.
Bu söhbətin yenidən gündəmə gəlməsini istəmirəm. Çünki kənardan baxan elə bilər ki, mən ev üçün ağlayıram. Mən heç kimdən, heç nə istəmirəm. Allahdan başqa bir kəsdən nəsə ummuram. Qismət olarsa, mən də ev alaram, özümə bir şərait düzəldərəm. Olmazsa da, nə etməli? Hər şey Tanrının yazısıdır.
Kirayədə qalmaq çox çətindir. Kirayənin rahat həyat tərzi yoxdur. Narahatlıq içində olursan. İstəyirəm, öz evim olsun, onu ürəyim istəyən kimi bəzəyib-düzəyim...".
Müsabiqəbaşa çatandan sonra münsiflər heyətində olmuş tanınmış sənət adamları ilə əlaqə saxlayıb-saxlamamasına gəlincə, Ş.Həmidova münasibətin davam etdiyini dilə gətirib:
"Bu günə kimi bütün münsif heyətinin hörmətini saxlayıram. Ağacəbrayıl Abbasəliyev məni bu gün də tədbirlərə dəvət edir, lazım olanda nəyisə öyrənməyə çalışıram".
Sənət aləmindəki susqunluğa gəlincə, sənətçi bunu əhalinin sosial problemləri ilə əlaqələndirib: "İnsanların başı özünə qarışıb. O vaxt qalmaqal, dedi-qodu yox idi. İndi dedi-qodu adiləşib. Sənət üçün mahnı oxuyursan, heç nə əldə edə bilmirsən. Artıq bazar tərəfə işləməlisən. Sənət baxımından olan mahnılar tələbata cavab vermir. Amma bir də var toy üçün oxunan manhılar. İndi yüngül, bayağı mahnılar dəbdədir, hamı da başa düşür ki, bu, dolanışıq üçün əl verir. Mənim də dolanışğım toyarlardan çıxır.
Toya dəvət edəndə gedirəm. Amma sənəti də kənarda qoymaq istəmirəm. Mənim bu gün oxuduğum mahnıların heç birindəbayağılıq yoxdur. Hətta bunu edə də bilmirəm. Amma ailəm mənim qazancıma baxır, onu mən dolandırıram. Məndən başqa evə qazanc gətirən yoxdur".
Sənətçi toyların azalmasından da gileylənib: "Çətinliklər yaranıb. Əvvəlki toylar indi yoxdur. Heç kəs toya pul xərcləmək istəmir. Mən də bunu bilib qazandığım pulu dağıtmıram, dar günüm üçün 5 manat kənara qoyuram. Çalışıram ki, bir kəsə ağız açmayım, əlimə gələn pulla birtəhər dolanım. Qazandığın pula görə yaşamağı bacarmalısan.
Bu gün kiməsə ağız açmaq çətindi. Heç kim qarşılıqsız pul vermir. Mən də bunu bilib ayağımı yorğanıma görəuzadıram".
Ş.Həmidova sonda qeyd edib ki, sənətkar ildə bir dəfə də olsun konsert verə bilmir. Çünki konsert üçün böyük vəsait tələb olunur: "Bizim ölkədə konsert verib pul qazanmaq çox çətindir. Ona görə də sənət adamlarının dolanışıq yeri ancaq toydur. Toyların sayı isə getdikcə azalır...".
Reyting.az
Bölməyə aid digər xəbərlər