Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 27-01-2017 16:29 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşanın məşqləri yekunlaşmaq üzrədir.
Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. "Sevgi üçbucağı haqqında ballada, pritça kimi hazırladığımız bu tamaşa böyük İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramı əsasında səhnələşdirmədir. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşada dünyaca məşhur Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin "Yeddi gözəl” baletindən vədigər ölməz musiqilərindən istifadə olunacaq. Tamaşa minimalizm üslubunda qurulub. Biz dekorasiyadan demək olar ki, imtina etmişik. Bəli, dekorasiya yoxdur, amma bunun əvəzində müasir texniki üsullardan, texniki vasitələrdən istifadə eləmişik. Əsər bir qadının, həm də sənətkar olan, sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu qəbul, həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyini ovlamaqdadır...”, - deyə quruluşçu-rejissor İradə Gözəlova söyləyib.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Xalq artisti ŞükufəYusifova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər.




Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər