16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Teatrın kollektivi ön cəbhədə - Fotolar
Tarix: 15-02-2016 15:08 | Bölmə: Mədəniyyət


Füzuli Dövlət Dram Teatrı mütəmadi görüşlərin davamı olaraq, 14 fevral 2015-ci il tarixində "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Teatrın yaradıcı heyəti repertuarda olan N.Vəzirovun "Hacı Qəmbər”, A.Səfərlinin "Fantan ərə gedir”, M.Əlizadənin "Toy kimindir”, A.Məmmədovun "Kişilər” əsərindən parçalar oynayıblar.

Reyting.az-ın məlumatına görə, tamaşada əsas rollarda teatrın aparıcı aktyorları və aktrisaları - Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Asif Şirinov, Məryəm Məmmədova, Vaqif Rəhimov, Aygün Cəfərova, Əsmər İbrahimova, Fatimə Səfərəliyeva və başqaları çıxış ediblər.

Həmçinin teatrın aktrisası İntizar Quliyeva və Elçin Əhmədovun ifasında gözəl mahnılar da səslənib.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}