Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 23-02-2017 16:46 | Bölmə: Mədəniyyət

"Hər müsabiqəmizdə tamaşaçılarımıza yeni səslər təqdim edirik. İşin maraqlı tərəfi də budur. Hər dəfə biz elə düşünürük ki, görəsən, yenə də yeni səslər gələcəkmi? Amma Azərbaycan xalqının potensialı o qədər böyükdür ki, bu il əvvəlkilərindən daha fərqli ifa tərzinə sahib olan gəncləri görürük. Müsabiqəyə bu il ötən dəfəkindən daha çox iştirakçı qatılmışdı. Respublika üzrə haradasa, 400-dən çox ifaçıya qulaq asmışıq. Onların içindən turları adlaya-adlaya ilk iyirmiliyi seçmişik. Aralarında çox gözəl səs sahibləri var. İyirmilik müxtəlif yaş qruplarında olan 10 qız, 10 oğlan iştirakçıdan ibarətdir”.

Reyting.az-ın xəbərinə görə, bunu Modern.az-a açıqlamasında Muğam Televiziya Müsabiqəsinin münsiflərindən olan Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə "Muğam - 2017” VI Muğam Televiziya Müsabiqəsinin seçim turları başa çatıb və ölkənin müxtəlif yerlərindən 20 iştirakçı əsas mərhələyə vəsiqə qazanıb.
VI Muğam Televiziya Müsabiqəsinin iştirakçıları bunlardı:
Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.
Münsiflər heyətinin tərkibinə - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundovdaxildir.
Mənsum İbrahimov hesab edir ki, bu dəfəki müsabiqə də Azərbaycan muğamının inkişafına təkan verəcək:
"Hesab edirəm ki, bu dəfəki müsabiqədə də maraqlı ifalar, gözəl çıxışlar olacaq. Tamaşaçılar da razı qalacaq və nəticədə muğamımızın inkişafına təkan olacaq.
Seçim turlarında kifayət qədər diqqətli olmağa çalışırdıq. O səbəbdən də gərgin qrafikdə çalışırdıq. Saat 12-də başlayıb, axşam saat 7-8-də bitirirdik. Amma zəhmətimizə dəyər. Mən tamaşaçıları əmin edirəm ki, çox yaxşı ifaların şahidi olacaq, güclü səsləri tanıyacaqlar. Bu üç ay yarımda həmin səs sahibləri də onların gözləri qarşısında yetişəcəklər”.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artisti Canəli Əkbərov da düşməyə can atırdı və onun bu istəyi qalmaqala səbəb olmuşdu. Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.
Elə bu səbəbdən də tərəflər arasında başlayan söz davası əməlli-başlı qalmaqala
səbəb olmuş və Canəli Əkbərov adları çəkilən həmkarlarının ünvanına təhqirlər
səsləndirmişdi.
Xatırladaq ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam müsabiqəsinin
münsiflər heyətində bir yer boşalmışdı.
Artıq mərhum Ağaxan Abdullayevi münsiflərdə kimin əvəz edəcəi dəqiqləşib. Bu,
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olacaq.
Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov müsabiqənin münsifləri heyətində əyləşəcəklər.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər