Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 05-03-2017 14:54 | Bölmə: Mədəniyyət

Üç ildir "Hepatit” xəstəliyindən əziyyət çəkən Aşıq Azər Xanlaroğlunun səhhətində yenidən problemlər yaranıb. Amma bu dəfə qara ciyərindən deyil, ayaqlarından şikayətlənir. O, üç ildir ki, ayağında yaranan fil xəstəliyindən əziyyət şəkir. Həkimlər onun ayağında yaranmış kəskin şişə əlac tapa bilmirlər.
Aşıq Azər "Reytinq” qəzetinə müsahibəsində deyib ki, uzun müddət müayinə və müalicə olunub. Həm də qarşısına çox yaxşı həkimlər çıxıb: "Sağ olsunlar, əllərindən gələn dəstəyi verdilər. Onların sayəsində ən çətin günlərim arxada qaldı. Şükürlər olsun ki, sağlam həyata qovuşdum. Həkimlər dedilər ki, bu müalicədən sonra əməliyyata ehtiyacın olmayacaq. Yəni, müalicədən sonra ciyər köçürülməsi əməliyyatından azad olundum. Ciyərlərim normaya düşüb. Daha əməliyyat olunmayacam”.
Aşıq Azər bildirib ki, ona indi ayaqları əziyyət verir:
"Ayaqlarım şişdi, həkimə getdim, amma bu sahə üzrə həkimlərin səhv müalicəsi məni bu xəstəliyə düçar etdi. Bakıda həkimlərin çoxu məsuliyyətsizdir. Getmədiyim yer qalmadı. Müalicə yazdılar, nəticədə ayağımla ciyərimə əlvida deyirdim. Həkim savadsızlığı insanın ölümü deməkdir. Hazırda ayaqlarımda çox böyük problem var. Buna görə də müalicə olunuram. Yeganə narahatlığım ayaqlarımdandır. Ayaqlarım sözümə baxmır”.
Artıq dörd ildir müayinə və müalicə olunan Xanlaroğlu dərmanların çox baha olduğunu da bildirib: "Dərmanın birini alanda digərini də almalısan. Çünki hamısı bir-birinə bağlıdır.
Bütün dünyada olduğu kimi, ən bahalı müalicə qaraciyərdə aparılır. Bu isə məni maddi baxımdan da taqətdən saldı”.
Aşıq Azər göstərdiyi dəstəyə görə, daha çox deputat Qənirə Paşayevaya minnətdarlıq edir. Deyir
ki, əsas köməyi ancaq o xanımdan görüb: "Mənəvi olaraq yanımda insanlar çox olub. Amma hansısa sözüm olanda
onu lazımi ünvana Qənirə xanım çatdırdı. Mən həyatımı Qənirə Paşayevaya borcluyam. Qənirə xanım bu gün də mənimlə əlaqə saxlayır. Qalan bütün xərci özüm qarşıladım. Gələcək üçün nəzərdə tutulan nəyim vardısa hamısını satdım. Öz
gücümə, imkanlarım hesabına müalicə olundum”.
Aşıqlar Birliyindən hansısa köməyin edilib-edilməməsinə gəldikdə, Xanlaroğlu deyib ki, hamı kimi onlar da ona baş çəkiblər: "Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə tədbirdə, yaxud da hansısa bir yerdə görüşəndə hal-əhval tuturdu. Aşıqlar da ayrı-ayrılıqda baş çəkib, əhvalımı soruşurdular. Yəni, ancaq belə dəstək olurdular. Qənirə xanımdan savayı bir şəxs mənimlə ciddi maraqlanmadı. Bu boyda ölkənin iş adamları demədilər ki, orda bir Azərbaycan aşığı can verir. Amma mən bunu aşıq sənətinə biganəlik kimi qəbul eləmirəm”.
Pəhriz saxlayıb, artıq çəkidən qorunmağa çalışan aşıq deyir ki, çəkisi artdıqca ayaqlarındakı şiş daha da böyüyür. "Düşünürəm ki, kök olmasaydım bəlkə də ayaqlarım belə olmazdı. Artıq çəki xəstəliyi bir az da artırdı”,-deyən Xanlaroğlu sonda xəctəliklə mücadilədə ona dəstək verən insanlara bir daha təşəkkürünü bildirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər