Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 11-04-2017 14:51 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət alıb.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalından gedir.
Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türk kökənli dövlətlərin qabaqcıl və məşhur incəsənət xadimlərinin qatıldığı festival 2017-ci il 14-16 iyul tarixlərində Bayburt şəhərində baş tutacaq. "Dədə Qorqudun adını daşıyan bu möhtəşəm Beynəlxalq festivalın əsası 1995-ci ildə qoyulub. O vaxtdan bəri bu mədəniyyət və sənət bayramı Bayburt Bələdiyyəsinin təşkilatçılığı ilə hər il keçirilir. Bu il 23-cü dəfə düzənlənəcək Dədə Qorqud Beynəlxalq festivalında bizim teatrın balet truppası artıq ikinci dəfə iştirak edəcək. Buna qədər teatrımız 2008-ci ildə bu festivalda ölkəmizi uğurla təmsil edib. Yenidən balet truppamızın bu festivala dəvət olunması bizdə sevinc hissi doğurur.
Dədə Qorqudun bütün dünyada daha böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan festival çox rəgarəng və zəngin proqrama malikdir. Festival iştirakçıların Dədə Qorqudun Bayburtdakı məzarını ziyarət etməsilə başlayır. Bunu festivalın açılışı mərasimi kimi də xarakterizə etmək olar.
Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir. İnanıram ki, 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər