Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 11-03-2016 16:53 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü premyera ilə qeyd olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan teatr ictimaiyyətinin bayramı günündə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının premyerası keçirilib. Bir sıra mötəbər və rəsmi qonaqların, ölkənin tanınmış ictimai xadimlərinin, mədəniyyət adamlarının qatıldığı premyera anşlaq və uğurla keçib.
"Bizim kollektiv Azərbaycan Teatrının 143-cü ildönümünü - 10 Mart Milli Teatr Gününü ikiqat bayram kimi qeyd etdi. Düşünürəm ki, teatr ictimaiyyətinin bayramı məhz bu cür də qeyd olunmalıdır. Qonaqların, zövqünə güvəndiyim şəxslərin tamaşa haqqında dediyi xoş sözlər bu bayram günündə sevincimizə sevinc qatdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, "Baladadaşın toy hamamı” əsərinin premyerası 3 gün nəzərdə tutulub və növbəti iki nümayiş 11, 12 mart tarixilərində saat 19.00-da baş tutacaq. Tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər