12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Şərqdə və MBD-də yeni rəqs növü - ilk dəfə Azərbaycanda!+Fotolar
Tarix: 18-09-2017 17:17 | Bölmə: Mədəniyyət
Şərqdə və MBD-də yeni rəqs növü

Bakıda ilk dəfə olaraq YARAT Freestyle və "DanceAbility Azerbaijan" şirkətinin birgə təşkilatçılığı ilə "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri təşkil olunub. Dərslər tanınmış rəqs pedaqoqu Nigar Sultanova-Yıldırım tərəfindən keçirilir.

Reyting.az-a verilən məlumata görə, DanceAbility istər peşəkar, istər daha az təcrübəli rəqqaslar, o cümlədən sağlamlıq məhdudiyyəti olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. Hazırda DanceAbility rəsmi olaraq Azərbaycanla yanaşı Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir.

DanceAbility intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır.

Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindronumlu, nitq, görmə və eşitmə məhdudiyyətli, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər kəs bu dərslərə qatıla bilər.

Dərslər 18-30 sentyabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək və iştirakçıların birgə yekun performansı ilə başa çatacaq. Dərslərdə iştirak ödənişsizdir.
Əlaqə üçün: [email protected]
Tel: 051 415 16 85

Şərqdə və MBD-də yeni rəqs növü
Şərqdə və MBD-də yeni rəqs növü
Şərqdə və MBD-də yeni rəqs növü
Şərqdə və MBD-də yeni rəqs növü
Şərqdə və MBD-də yeni rəqs növü




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər