Xalça muzeyi “Bahar İlmələri”ni təqdim edəcək
Tarix: 14-03-2016 18:31 | Bölmə: Mədəniyyət


15 mart 2016-cı il tarixdə, saat 16:00-da Azərbaycan Xalça Muzeyində Muzeyin Uşaq muzeyi şöbəsi tərəfindən "Bahar İlmələri” adlı tədbir keçiriləcək.

Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Xalqımız ta qədimdən yazın gəlişinə 4 həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edib, tonqal yandırıblar. İnancımıza görə tonqal üzərindən atlanarkən "Ağırlığım-uğurluğum odda yansın" demək dərt-bəlaların köhnə ilə qoyub yeni ili sağlam və yeni güclə qarşılanmasına işarədir. Səməni xonçaları bəzəmək, papaq atmaq, yumurta döyüşdürmək, qonaq getmək, bayramlaşmaq da Novruz adətlərinin bir ünsürüdür.

Bu bayram uşaqlar arasında xüsusilə sevinclə qarşılanır.Günəş, buta, səməni, tonqal və bayramın digər atributlarını uşaqlar sevə-sevə ifa edir, əylənirlər. Bunu nəzərə alan Azərbaycan Xalça Muzeyinin uşaq şöbəsiNovruzun gəlişinə xüsusi hazırlaşıb.

Martın 15-də təqdim olunan "Bahar ilmələri” adlı bayram tədbirində Avropa liseyinin rəqs kollektivinin ifasında "Yallı”, "Bayram” suitası, Azərbaycan ritmləri rəqs kollektivinin uşaqları tərəfindən "Uzun dərə”, "Üzüm” rəqsi, "Bayram suitası” rəqs çıxışları olacaqdır. Azərbaycan Kukla Teatrının "Oyuq” studiyasının vokal qrupunun ifasında kompozisiya nümayiş olunacaqdır. "Mehriban vokal və rəqs” qrupu üzvləri "Nuş olsun”, Popuri "Almanı atdım xarala”, popuri "Bakı əziz şəhər”. "Anam mehribanım Azərbaycan”, "Novruz gəlir, yaz gəlir”, "Tello”, "Habbo-Hana”, "Bənövşə”, "Yaşa Azərbaycan”, "Qurban olum Azərbaycan” mahnıları və "Səməni”, "Tıq-tıq xanım”, "Çobanlar”, "Bayram”, "Odlar Yurdu” kompozisiya rəqsləri ilə çıxış edəcəklər.

Uşaqları əyləndirmək məqsədi ilə "Can bala” qrupunun ifasında popuri mahnıları ifa olunacaq, Uşaq Muzeyi şöbəsi əməkdaşlarının iştirakı ilə xalq deyimləri "Haxışta”, adət- ənənələrimizin səhnəcik halında nümayişi (xına ilə uşaqların əllərinə ornamentlərin çəkilməsi, üzük falı, S hərfi ilə 7 nemətlərin düzülməsi), həmçinin şöbənin rəsm dərnəyi üzvlərinin "Bahar ilmələri” rəsm sərgisi nümayiş ediləcəkdir. Eyni zamanda tədbirdə muzeyin Uşaq teatrının "Tık-tık xanım” tamaşası da təqdim olunacaq.

Sonda şöbənin əməkdaşları tərəfindən "Novruz naxışları” adlı "Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunmuş rəngləmə vərəqləri) və "Face-art” (Novruzun atributlarının əl və üzə çəkilməsi) xidməti göstəriləcək.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}