07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dünya şöhrətli rejissorun tamaşası nümayiş olunacaq - Foto
Tarix: 14-11-2017 13:12 | Bölmə: Mədəniyyət
Dünya şöhrətli rejissorun tamaşası nümayiş olunacaq

Dünya şöhrətli, məşhur gürcü rejissoru Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. 14 və 15 noyabr tarixlərində saat 19.00-da Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, SSRİ Xalq artisti Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq haldır: “Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır”.

Direktor qeyd edib ki, bu qastrol səfəri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

R.Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Dünya şöhrətli rejissorun tamaşası nümayiş olunacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}