Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 30-03-2016 18:46 | Bölmə: Mədəniyyət

Bu günlərdə İRS Folklor Ansamblının yaranmasının 45 il ili tamam oldu. Amma Azərbaycanın qədim ənənələrini özündə birləşdirən bu ansamblın hələ də yeri-yurdu yoxdur. Bu azmış kimi ansamblın rəhbəri, əməkdar mədəniyyət işçisi Sidqi Mustafayevi vəzifəsindən də uzaqlaşdırıblar.
S.Mustafayev "Reytinq”ə deyib ki, 45 illik yubileylə əlaqədar onları bəzi telekanallara dəvət ediblər. Onun sözlərinə görə, neçə illik tarixə malik olan bu ansambl ildə bir dəfə yada düşür:
"Biz bu ansambl ilə nə qədər çətinliyə sinə gərdik. Yerimiz-yurdumuz olmadı. Onun-bunun evində məşq elədik. Hər məşqimiz bir konsert idi, bəzən saatlarla bizə tamaşa edərdilər.
1977-ci ildə ansamblın yaradıcılarından olan Rəşid Yusifoğlunun evinə yığışdıq. Ansamblın bir çox mahnıları elə o evdə yarandı. Amma baxdıq ki, ev dardır, məşq etmək mümkin deyil, onları Balaxanıya - bizim evə apardım. Bir müddət də orada məşq elədik. Bax beləcə, bu ansamblı yaşatdıq”.
S.Mustafayev deyir ki, günlərin birində folklorşünas alim Elxan Məmmədli ansablın sorağı ilə Balaxanıya gedib. O, ansablın çıxışını dinləyib, bəyənib və deyib ki, gəlin İçəri Şəhərə: "Biz də getdik. O vaxt rəhmətlik Yaşar Qarayev sağ idi. Yaşar müəllim bizə otaq verdi, stat çədvəli ayırdı, ansamblın 6 nəfərini işə götürdü. Ondan sonra bizə icra hakimiyyətləri tərəfindən diqqət ayırıldı. Onların köməkliyi sayəsində ansamblın paltarları oldu. Musiqi alətləri də aldıq, xarici ölkələrə də gedirdik. Hər sey olsa da, amma yerimiz olmadı. Bu boyda əziyyətli bir yol gəldim. Günlərin birində isə çağırıb dedilər ki, pensiya yaşın çatıb, bəsdir işlədin, ərizəni yaz, çıx işdən”.
Müsahibimizin sözlərinə görə, hazırda İRS Folklor Ansamblına tanınmış muğam ifaçısı Nuriyyə Əhmədova rəhbərlik edir: "Amma buna baxmayaraq, İRS Folklor Ansamblının rəhbəri kimi məni tanıyırlar. Bu yaxınlarda Nuriyyə xanıma zəng vurub, Novruz bayramı ilə bağlı bir tədbirə dəvət ediblər. O da ədalətli iş görüb. Deyib, yaxşı olar ki, bu mövzu ilə bağlı ansamblın sabiq rəhbəri Sidqi Mustafayevi dəvət edəsiniz. Bunu hər kəs eləməz.
Bizi bu gün də tədbirlərə dəvət edirlər. Özü də ansamblın rəhbəri olaraq çıxış edirəm. Mən 45 il bu ansambl üçün can qoymuşam. İndi mənə deyirlər ki, sən lazım deyilsən”.
Neçə ildir ki, dövlət tədbirlərindən kənarda qaldıqlarını deyən S.Mustafayev iddia edir ki, onların əvəzinə həmin tədbirlərə başqalarını dəvət edirlər: "Amma biz dəbaşqa tədbirlərə dəvət alırıq. Daima diqqətdəyik, sağ olsunlar, bəzi rayonlar bizi unutmayıb”.
Ansamblın üzvlərindən olan Qafar Novruzlunun Kosa obrazından kənarlaşdırılmasına, daha doğrusu, küsdürülməsinə də toxunan S.Mustafayev Qafarın əziyyətinin çox olduğunu, amma ona hər hansı fəxri adın verilmədiyini də bildirib: "Bu səbəbdən o da incidi. Bir az giley-güzar edən kimi tədbirdən kənarlaşdırdılar. Dedim ki, Qafar, yəqin nə vaxtsa sənə də ad verəcəklər. İndi belədir də, dinirsən yol bağlanır, dinmirsən də olmur”.
Ansamblın repertuarında olan "Nəva” muğamının əməkdar artist Fərqanə Qasımovanın ifasında təqdim olunmasına gəlincə, müsahimiz qeyd edib ki, uzun illər bundan öncə "Nəva” muğamını İRS Folklor Ansamblının ifasında hazırlayaraq təqdim etsələr də, bu işə görə onlara hərə bir nöqsan tutub: "Bu yaxınlarda isə Fərqanə xanım bu muğamı hazırladı. Amma Fərqanə Qasımovanın təqdim etdiyi muğamın bizim "Nəva” ilə heç bir əlaqəsi yoxdur. Əvvəlində bir-iki pərdəsi üst-üstə düşür, vəssalam. Onların da əziyyəti çox oldu. Amma buna baxmayaraq, onların da "Nəva”sı uğursuz alındı”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər