46 milyonluq çadır qalmaqalı: müğənni həmkarını oğurluqda ittiham edir - Foto
Tarix: 28-02-2023 14:16 | Bölmə: Mədəniyyət
46 milyonluq çadır qalmaqalı: müğənni həmkarını oğurluqda ittiham edir

Zəlzələnin 3-cü günündə "Qızıl Aypara"nın ("Kızılay") müğənni Haluk Ləvəntin qurucusu olduğu "Ahbap"a 46 milyonluq çadır satması ilə bağlı müzakirələr davam edir.

Reyting.az
xəbər verir ki, "Qızıl Aypara"nın zəlzələdən zərərçəkənlər üçün yardım toplayan təşkilata belə ağır gündə çadır satmasını əksəriyyət tənqid edib.

Məşhur müğənni Yeşil Salkım isə "Qızıl Aypara" ilə yanaşı, həmkarı Haluk Ləvənti də "topa tutub".

O, sosial şəbəkə hesabında yazıb ki, bu məsələdə "Qızıl Aypara" ilə yanaşı, Haluk Ləvənt də günahkardır: "Oğru heç günahkar deyilmi? "Qızıl Aypara" çox böyük səhv etdi. Yaxşı, bəs sən niyə pulun varkən başqa yerdən çadır almadın? Toplanan pulları sahiblərinə xəbər vermədən niyə bu cəmyyətə köçürdün ki?".

Müğənni daha sonra həmkarına xitabən izləyicilərinə səslənib: "Hər "qəhrəman" dediklərinə inanmayın".

LALƏ
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}