14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Nazirlikdə Aparat rəhbəri və iki müşavir təyinatı olub
Tarix: 01-03-2023 10:49 | Bölmə: Mədəniyyət
Nazirlikdə Aparat rəhbəri və iki müşavir təyinatı olub

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Reyting.az
xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.

Nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib.

Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

Qeyd edək ki, X. Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

Müşavir C. Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.

Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}