20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İƏT: "Ermənistan Azərbaycanın mədəni və dini irsinə ziyan vurub"
Tarix: 02-03-2023 18:25 | Bölmə: Mədəniyyət
İƏT: "Ermənistan Azərbaycanın mədəni və dini irsinə ziyan vurub"

30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”.

Reyting.az
xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib.

O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və dini irsə vurulan zərəri də xatırladıb.

İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təşviqi və qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

O, Qurani-Kərimin təhqir edilməsinin qınanmalı və hamı tərəfindən pislənilməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər