16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir müavini Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşüb - Foto
Tarix: 03-03-2023 09:56 | Bölmə: Mədəniyyət
Nazir müavini Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşüb

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

Məlumata görə, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb.

Görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirilir.

Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



EÇLİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}