20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Əməkdar artist: “Kişinin qadın paltarı geyinib əzilib-büzülməsinə ehtiyac yoxdur”
Tarix: 03-03-2023 18:05 | Bölmə: Mədəniyyət
Əməkdar artist: “Kişinin qadın paltarı geyinib əzilib-büzülməsinə ehtiyac yoxdur”

“Kişinin qadın paltarı geyinib əzilib-büzülməsinə ehtiyac yoxdur”.

Reyting.az
-ın məlumatına görə, bunu tanınmış aktyor, Əməkdar artist Ələkbər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor situasiya tələb etmədiyi təqdirdə, kişinin məhz qadın paltarı geyinib, səhnədə qadın obrazı canlandırmasına çox pis baxdığını bildirib:

“Teatrda qadın varsa, kişi aktyor niyə qadın obrazında səhnəyə çıxmalıdır? Müəllifin əsərində göstərildiyi halda kişi vəziyyətdən çıxmaq üçün, yəni situasiyaya uyğun olaraq qadın paltarı geyinə bilər. Amma qadın paltarı geyinsə də, yenə də tamaşaçı onun kişi olduğunu və vəziyyətə uyğun qadın paltarı geyindiyini bilməlidir. Amma kişinin qadın paltarında məhz qadın obrazını canlandırması, əzilib-büzülərək bütün qadın incəlliklərini göstərməsi kənardan çox iyrənc görünür. Mən buna çox pis baxıram. Kişinin qadın paltarı geyinib əzilib-büzülməyinə nə ehtiyac var axı?!

Qadın qadın rolunu oynamalıdır, kişi də kişi. O əvvəllər idi, Əhməd Ağdamski məcburiyyətdən qadın obrazlarında səhnəyə çıxıb. Çünki həmin obrazları canlandırmaq üçün qadın aktrisalar yox idi. Amma indi teatrda yetərincə aktrisa və aktyorlar var. Mən hətta yaşlı aktoyrun gənc rol oynamağına da pis baxıram. Teatrda yaşlı və gənc obrazları oynamaq üçün istənilən yaş təbəqəsində aktyorlar var”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər