Milli Teatr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - Fotolar
Tarix: 11-03-2023 01:36 | Bölmə: Mədəniyyət
Milli Teatr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Martın 10-da Lənkəran Dövlət Dram Teatrında Milli teatrımızın 150 illik yubuleyi münasibətilə silsilə tədbirlər keçirilib.

Teatrdan Reyting.az-a bildiriblər ki, səhər saatlarından başlayaraq teatrda tamaşaçılar üçün “Açıq qapı günü" təşkil olunub. Teatrın baş inzibatçısı Namiq Ağayev foyedə nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verib.

Teatrın direktor səlahiyyətlərini icra edən İntiqam Hacılı kollektivin son dövrlərdə qazandığı yaradıcılıq nailiyyətlərndən və qarşıda duran vəzifələrdindən söz açıb.

Daha sonra teatrın qrim, paltar, əlbəsə sexləri, tamaşa zalı ilə tanışlıq olub.

Yazıçı-publisist Hafiz Mirzə çıxışı zamanı Lənkəran Dövlət Dram Teatrının özünəməxsus sənət yolu keçdiyini, ölkənin teatr-tamaşa müəssisələri arasında aparıcı mövqe tutduğunu qeyd edərək, onun istedadlı kollektivinin ən mürəkkəb əsələrin öhdəsindən gəlmək iqtidarında olduğunu vurğulayıb.

Teatrın aktyorlarından Şahrud Mehdiyeva və Əbülfəz Axundov tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.

“Açıq qapı günü" saat 16.00 radələrinə kimi davam edib.

Daha sonra Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Rejissor Anar Babalının quruluş verdiyi bu səhnə əsərində rolları Xalq artisi Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızıgül Quliyeva, Allahverən Babayev, Aynur Əhmədova, Miraslan Ağayev, Əbülfəz Axundov və Sayad Əliyev ifa ediblər.











Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}