17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Gəl baharım, gəl yazım” tamaşası martın 27-dək nümayiş etdiriləcək - Fotolar
Tarix: 22-03-2023 11:10 | Bölmə: Mədəniyyət
“Gəl baharım, gəl yazım” tamaşası martın 27-dək nümayiş etdiriləcək

Martın 23-dən etibarən Lənkəran Dövlət Dram Teatrının truppası Novruz bayramı münasibətilə azyaşlı tamaşaçılarına Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu "Gəl baharım, gəl yazım" tamaşasını təqdim edəcək.

Teatrın ədəbi dram hissəsinin rəhbəri Ağaddin Babayevin Reyting.az-a verdiyi məlumata görə, Novruzun əsas personajlarından Keçəl, Kosa, Bahar qız və digərlərinin yer aldığı bu səhnə əsərinin quruluşçu rəssamı Banuçiçək Sadıqova, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Rolları aktyorlardan Allahverən Babayev, Səyad Əliyev, Hikmət Cəfərov, Amil İbrahimli, Gülər Kərimli, Əlirza Şahbazi, Vəfa Haclzadə və digərləri ifa edəcəklər.

Tamaşa gündə 2-3 seans olmaqla martın 27-dək nümayiş etdiriləcək.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}