Daha bir aktyor deputat olmaq istəyir
Tarix: 28-03-2023 10:15 | Bölmə: Mədəniyyət
Daha bir aktyor deputat olmaq istəyir

"Payız Atəşi", "Cinayət Dosyası", "İffet", "Nəfəs Nefese" kimi bir çox filmlərdə rol almış aktyor Serkan Gənc siyasi fəaliyyətə başlayıb.

Reyting.az
xəbər verir ki, o, bu barədə "Tvitter" hesabında paylaşım edib.

Türkiyə İşçi Partiyasından deputatlığa namizəd olduğunu açıqlayan aktyorun sözlərinə görə, qismətində varsa, deputat kimi xalqa xidmət edəcək.

Onun bu paylaşımına Türkiyə İşçi Partiyasının İstanbuldan deputat seçilmiş üzvü Sera Kadıgil birgə fotolarını yaymaqla dəstək verib. Türkiyə İşçi Partiyasının Hataydan olan deputatı Barış Atay da “əmioğlu” şərhi ilə ona dəstək olub.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində xeyli aktyor və aktrisalar da mübarizə aparacaqlar.

AZƏR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}