11:37 / 22-01-2025
Bakıda yağış yağacaq
11:23 / 22-01-2025
Dəfn pulu artırılır
Donlad Trampa qarşı məhkəmədə üç iddia qaldırılıb
Tarix: 22-01-2025 09:40 | Bölmə: Siyasət
Donlad Trampa qarşı məhkəmədə üç iddia qaldırılıb

ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladığı ilk gündən onun əleyhinə məhkəmədə bir neçə iddia qaldırılıb.

Reyting.az
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, Tramp administrasiyası fəaliyyətə başladığı ilk gündən məhkəmədə ona qarşı ən azı üç iddia irəli sürülüb.

Məlumata görə, 37 federal agentliyin və departamentin əməkdaşlarını təmsil edən Amerika Milli Xəzinədarlıq İşçiləri Həmkarlar İttifaqı tərəfindən federal işçilərin iş yerlərindən çıxarılmasını asanlaşdıran yeni fərmanla bağlı məhkəmə iddiası qaldırılıb. İddiaçılar prezidentin əmrinin və hərəkətlərinin yerli işçilərin "lazımi proses hüquqlarına" təminat verən qanunu pozduğunu iddia edirlər.

Bir sıra təşkilatlar və miqrantlara dəstək qrupları isə ABŞ ərazisində sənədsiz yaşayan mühacirlərin uşaqları üçün doğum hüququ ilə onların vətəndaşlığını məhdudlaşdıran prezident sərəncamına qarşı birgə iddia qaldırıblar.

Məşhur iş adamı və milyarder İlon Maskın həmsədrlik edəcəyi, eyni zamanda ABŞ dövlətinin öz ideyası olan, hökumətin effektiv iş qabiliyyətini daha da yaxşılaşdırmaq məqsədilə yaradılacaq departamentlə bağlı da iddia irəli sürülüb.

Ağ ev rəsmiləri və ABŞ Prezidenti Donald Trampın sözçüləri hələ ki, məhkəmə işləri ilə bağlı heç bir açıqlama verməyiblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər