13:29 / 26-09-2025
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
13:08 / 26-09-2025
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı vahid qərar qəbul edib
12:54 / 26-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:46 / 26-09-2025
Fuad Rəfiyev müşavir təyin edilib
12:34 / 26-09-2025
Çempionlar Liqası: "Qarabağ"ın oyununa 27 500 bilet satılıb
12:31 / 26-09-2025
Təyyarədə sərnişini lentlə oturacağa bağlayıblar
12:21 / 26-09-2025
Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırır
12:11 / 26-09-2025
Türkiyəli məşhurlar Bakıya gəliblər - Fotolar
11:58 / 26-09-2025
Metropoliten əməkdaşlarının maaş artımı ödənilmir
11:48 / 26-09-2025
Milli Məclisin deputatları müraciət yayıblar
11:29 / 26-09-2025
Ombudsman bəyanat yayıb
11:25 / 26-09-2025
Sülh prosesi: Paşinyan üçün risklər artır
11:14 / 26-09-2025
Kritik informasiya müzakirələri ilə bağlı iclas keçirilib
10:58 / 26-09-2025
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
10:47 / 26-09-2025
Danimarkada üçüncü dəfə dron aşkarlanıb, hava limanı bağlanıb
10:41 / 26-09-2025
İsrail Yəməni ürəyindən vurub
10:33 / 26-09-2025
Rutte: NATO səmasına daxil olan Rusiya təyyarələri vurulmalıdır
10:28 / 26-09-2025
Serbiya prezidenti: "İlham Əliyev əsl dostdur"
10:24 / 26-09-2025
BMT Baş Assambleyasını saymırlar - Professor
10:14 / 26-09-2025
Azərbaycanın III MDB Oyunlarındakı bayraqdarları müəyyənləşib
10:06 / 26-09-2025
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub
09:38 / 26-09-2025
İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərib
09:35 / 26-09-2025
Azərbaycanın 7 vətəndaşını Suriyadan ölkəmizə gətiriblər
09:28 / 26-09-2025
Ərdoğan-Tramp görüşünün nəticələri yaxın vaxtlarda özünü göstərəcək
08:33 / 26-09-2025
Süni intellektin köməyi ilə 150 min dollar udulub
08:27 / 26-09-2025
NASA nüvə silahından istifadə edə bilər
08:07 / 26-09-2025
Lavrov və Quterreş Ukraynanı müzakirə ediblər
08:00 / 26-09-2025
Krasnodarda neft emalı zavodu yanır
07:52 / 26-09-2025
Baş Prokurorluq məşhur müğənnidən şikayəti araşdırır
07:43 / 26-09-2025
Aclıq bütün Qəzzanı bürüməyə başlayıb
15:07 / 23-09-2025

00:08 / 23-09-2025

14:20 / 22-09-2025

18:17 / 21-09-2025

22:42 / 21-09-2025

22:51 / 21-09-2025

11:18 / 23-09-2025

07:15 / 23-09-2025

22:15 / 22-09-2025

10:24 / 25-09-2025

Milli Məclisin deputatları müraciət yayıblar
Tarix: 26-09-2025 11:48 | Bölmə: Siyasət

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər.
Reyting.az xəbər verir ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.
Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycanın BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır.
Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıq əleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib.
Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmiş bölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır. Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə minanın törədiyi fəsadlar da təəssüf hissi ilə qeyd olunur.
Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi, ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylər göstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycan tərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.
Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:48
Milli Məclisin deputatları müraciət yayıblar
Dünən, 17:23
Məhkəmə Əziz Orucovla bağlı qərar verib
Dünən, 11:55
Böyük Britaniyanın səfiri Gürcüstan XİN-ə çağırılıb
24-09-2025, 11:43
Tramp: NATO sərhədlərini pozan rus təyyarələri vurulmalıdır
23-09-2025, 18:00
Siyavuş Novruzov: "Bunu camaata göstərməyin mənası nədir?”
23-09-2025, 12:53
Tahir Kərimli: "Üzdəniraqları sıxışdırmaq lazımdır"
23-09-2025, 07:39
Ceyhun Bayramov almaniyalı nazirlə görüşüb
22-09-2025, 19:52
Ceyhun Bayramov Kaya Kallasla görüşüb - Foto
22-09-2025, 15:49
Məzahir Pənahovun gəlini danışdı: “Onu Amerikada tutdura bilərdim”
22-09-2025, 14:41
Adnan Əhmədzadənin vəkili: "Hər hansı təzyiqə məruz qalmayıb"
22-09-2025, 13:32
Çin səfiri: "Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət veririk"
22-09-2025, 08:02
Qazaxıstan lideri BMT Baş Assambleyasında çıxış edəcək
20-09-2025, 09:55
Mirzoyan: "Ermənistan və ABŞ "Tramp Marşrutu" layihəsinin..."
19-09-2025, 18:02
Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - Foto
19-09-2025, 12:02
Erməni separatçılarını indi məzarlıq bir araya gətirir
19-09-2025, 10:47
STM dövlət suverenliyi barədə sorğu keçirib
19-09-2025, 10:27
Donald Tramp Çinlə razılaşmağın yolunu tapıb
19-09-2025, 08:45
Tramp: Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilməyəcək
18-09-2025, 21:46
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
18-09-2025, 14:30
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
18-09-2025, 13:42
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
18-09-2025, 12:57
Zakir Həsənov Çinə gedib
18-09-2025, 11:56
Milli Məclisdə dinləmə keçiriləcək
18-09-2025, 11:50
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
18-09-2025, 09:05
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
17-09-2025, 16:23
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
17-09-2025, 14:49
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
17-09-2025, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
17-09-2025, 12:25
Deputat: "Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır"
17-09-2025, 10:31
Zahid Oruc: “Kimdənsə xahiş etmək üçün telefondan asılı qalacağıq...”
17-09-2025, 10:21
Çinə qarşı sanksiyaları gücləndirməyi planlaşdırırlar
17-09-2025, 10:07
Deputat: Məhkəmə qərarlarının 50 faizi icra olunmur
17-09-2025, 09:36
Tramp Böyük Britaniyaya ikinci dövlət səfərinə gəlib
17-09-2025, 09:13
Bakıda İsrail və Suriya nümayəndələrinin görüşü keçiriləcək
16-09-2025, 22:31
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
16-09-2025, 12:45
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
16-09-2025, 11:39
Paşinyanı impiçment etmək istəyirlər
16-09-2025, 10:37
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
16-09-2025, 09:45
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb