14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Tarix: 18-09-2025 14:30 | Bölmə: Siyasət
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"

"Ermənistan və İran arasında yeni sərhəd körpüsünün inşası gündəlikdə qalır və tikiləcək".

Bunu ölkənin Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

"İranla tərəfdaşlığı dərinləşdirməyə yönəlmiş müvafiq razılaşmalarımız və layihələrimiz var. Bundan əlavə, regional kommunikasiyaların açılması nəticəsində İrana dəmir yolu əldə edəcəyik. Bu da çox vacib logistika marşrutu olacaq və Ermənistanın, İranın, həmçinin Azərbaycanın nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Çünki dəmir yolu bütün bu ölkələrdən keçəcək", - o qeyd edib(Reprot)




Bölməyə aid digər xəbərlər