11:29 / 26-09-2025
Ombudsman bəyanat yayıb
BMT Baş Assambleyasını saymırlar - Professor
Tarix: 26-09-2025 10:24 | Bölmə: Slayd
BMT Baş Assambleyasını saymırlar

“BMT Baş Assambleyasının əsasnaməsinə görə, bu qurumda ölkələri xarici işlər nazirləri təmsil edə bilərlər. Ancaq ənənə belədir ki, adətən, Baş Assambleyada dövlət rəhbərləri iştirak və çıxış edir, mövqelərini bölüşürlər. Bildiyim qədər Rusiya xarici işlər naziri Sergey Lavrov da sessiyada iştirak etmək üçün Nyu-Yorka gedib. Amma ümumi götürdükdə Rusiya, Çin, Şimali Koreya, Kuba və Venesuela kimi dövlətlərin rəhbərləri Baş Assambleyanın tədbirinə qatılmayıblar”.

Bu sözləri “Reytinq” qəzetinə Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Rusiya, Çin, Şimali Koreya kimi dövlətlərin rəhbərlərinin BMT Baş Assambleyasının 80-cı sessiyasına qatılmamasının səbəblərindən danışarkən deyib.

“Onlar hansı üzlə bu tədbirə qatılsınlar? Onların bəzilərində demokratik hüquqlar bir yana, elementar insan hüquqları ilə bağlı ciddi problemlər var”,- professor qeyd edib.

C. Nuriyev bildirib ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak və çıxış edib:

“İran prezidenti islahatçı xadim kimi qiymətləndirilir. Pezeşkian ölkəsində mümkün qədər islahatlar aparmağa çalışır”.

Professor əlavə edib ki, bəzi ölkə liderlərinin BMT Baş Assambleyasının sessiyasına qatılmaması onların imicinin olmaması ilə bağlıdırsa, bəziləri bu toplantını saymadıqlarını nümayiş etdirirlər.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər