Deputat: Məhkəmə qərarlarının 50 faiz icra olunmur
Tarix: 17-09-2025 10:07 | Bölmə: Siyasət
Deputat: Məhkəmə qərarlarının 50 faiz icra olunmur

Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər var.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

A. Əlizadə əlavə edib ki, yaz sessiyası dövründə "Xüsusi icra məmurları haqqında" qanun da qəbul edilib:

“Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarlarının təxminən 50 faiz icra olunmur. Bu, birbaşa bizim komitəyə aid məsələdir və xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”.




Bölməyə aid digər xəbərlər