00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Prezidentin köməkçisi: "Biz bu primitiv və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik?"
Tarix: 26-10-2019 12:02 | Bölmə: Siyasət

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov XVIII Zirvə Görüşünün Bakıda keçirilməsinin ölkəmiz və regionumuz üçün əhəmiyyəti barədə məqalə qələmə alıb.
Reyting.az həmin yazını təqdim edir:
"Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Konfransı Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın olduqca ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.
Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.
Digər tərəfdən, Hərəkatın növbəti zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.
Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, bütün əldə olunan müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərakatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma 3 il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.
Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Amma çox təəssüf ki, xalqımızın milli maraqları üzərində qurulmuş bu siyasi kurs təkcə xaricdəki anti-Azərbaycan şəbəkənin, erməni lobbisinin və onun təsiri altında olan bəzi beynəlxalq qrupların deyil, həm də ölkə daxilində “milli demokrat” pərdəsinə bürünmüş bəzi radikal müxalif qrupların da müqaviməti ilə üzləşir. Hər dəfə ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbirlər ərəfəsində bu şəbəkə fəllaşır, cəmiyyətimizin sosial-siyasi nizamını ictimai müzakirə və fikir mübadiləsi müstəvisindən etiraz aksiyaları vasitəsilə küçələrə daşımağa, qəsdən qarşıdurma yaratmağa çalışır. Bu mənzərə 2012-ci ildə “Eurovision” musiqi müsabiqəsi, 2015-ci ildə l Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunmuşdur. Bu dəfə radikal müxalif qruplar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü hədəfə almış və neçə gündür ki, dövlətimizin strateji maraqlarına xidmət edən bu mühüm beynəlxalq siyasi hadisəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.
Müxalifətin apardığı kampaniyanın təhlili göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat yalnız Ermənistanın kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki qütb vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər. Görünür, oktyabrın 19-da həyata keçirilən qanunsuz mitinq cəhdinin də əsas məqsədi təkcə hakimiyyəti nəyəsə məcbur etmək deyil, həm də ölkə daxilində vəziyyəti gərginləşdirərək, dövlət qurumlarını adekvat addımlar atmağa məcbur etmək və xaricdəki anti-Azərbaycan şəbəkənin hərəkətə gəlməsi üçün zəmin yaratmaqdan ibarət olub.
Düşünürəm ki, Zirvə Görüşündən öncə radikal qrupların prosesə mane olmaq üçün atdığı addımlar, törətdikləri hüquqazidd hərəkətlər barədə təkrar fikir söyləməyə ehtiyac yoxdur. Lakin görünən odur ki, radikal müxalifətin xaricdən aldığı sifariş və təlimatlara uyğun formada prosesə mane olmaq cəhdləri iflasa uğradığına və xaricdəki şəbəkənin süni şəkildə ajiotaj yaratmaq səyləri heç bir nəticə vermədiyinə görə, indi də onlar nəzarətlərində olan media və sosial şəbəkələr vasitəsilə bu mühüm siyasi tədbirə qarşı kampaniya təşkil etmək yolunu tutublar. Məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai-icma təfəkkürünə malik olmasının əyani göstəricisidir. Müstəqil hüququn subyektlərini onların inkişaf səviyyələri, əraziləri, yaxud resurslarına görə məsxərəyə qoymaq məhz belə ibtidai-icma təfəkkürünün nümunəsidir. Bu, ən yaxşı halda dövlətlər arasında hüquq bərabərliyinin qəbul və yaxud dərk edilməməsi, ən pis halda isə irqçi düşüncənin təzahürüdür. Radikal müxalifətin belə idbar təfəkkürünün fonunda Azərbaycan Prezidentinin nə qədər işıqlı zəkaya, milli və bəşəri dəyərlərə, humanizmə söykənən düşüncə tərzinə malik olduğu bir daha qabarıq və aydın nəzərə çarpır. Məhz bu aydın, işıqlı təfəkkür də Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.
Yenə də artıq bir neçə dəfə səsləndirdiyim fikri təkrarlamağa məcburam: biz bu primitiv və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu anti-milli qrupların özbaşınalığına nə vaxtacan dözməliyik? Artıq sağlam məntiqdən uzaq davranışlarla gündəmdə qalmağa çalışan, yeniləşərək, müasirləşə bilməyən, dövlətçilik təfəkküründən və əxlaq normalarından uzaq radikal müxalif qrupların siyasi səhnədən getməsinin və konstruktiv düşüncənin önə çıxmasının zamanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır".
Bölməyə aid digər xəbərlər

***

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər