16:23 / 03-02-2026
Ermənistan vətəndaşlarınin məhkəməsi başlayır
16:15 / 03-02-2026
Ali Məclisdə yeni təyinat olub
16:00 / 03-02-2026
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə birgə hərbi təlimi izləyiblər - Fotolar
15:36 / 03-02-2026
Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib
15:20 / 03-02-2026
Sabiq icra başçısının oğlu 40 villa alıb
15:15 / 03-02-2026
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
14:54 / 03-02-2026
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
14:46 / 03-02-2026
Qobustanda palçıq vulkanı püskürüb
14:41 / 03-02-2026
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə barışıb
14:13 / 03-02-2026
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
14:05 / 03-02-2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
14:04 / 03-02-2026
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
14:00 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
11:59 / 03-02-2026
DYP sürücülərə müraciət edib
11:59 / 03-02-2026
Tramp universitetdən 1 milyard dollar təzminat istəyir
11:51 / 03-02-2026
Rusiya təhlükəsi: Finlandiya buzqıran gəmiləri hərəkətə gətirir
11:45 / 03-02-2026
Almaniyanı tərk edən qaçqınların sayı artıb
11:31 / 03-02-2026
Rus ordusu Odessanı zülmətə qərq edib
11:30 / 03-02-2026
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
11:23 / 03-02-2026
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
11:06 / 03-02-2026
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Mnatsakanyanın etirafı... - Elçin Mirzəbəyli yazır
Tarix: 02-09-2020 12:15 | Bölmə: Siyasət

Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunu nə üçün tərifləyir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərindən sonra Ermənistanın Moskvada səsləndirilən bəyanatlara bu və ya digər şəkildə reaksiya verəcəyi gözlənilən idi. Amma reaksiyanın gözlənildiyindən bir qədər gec, həm də “İnterfaks” agentliyi vasitəsi ilə verilməsi Paşinyan hakimiyyətinin ənənəvi üslubuna xas olmadığı üçün maraq doğurur. Görünür təlimatların “həzm edilməsi” və hazırlıq prosesi üçün daha çox vaxta ehtiyac duyulub.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “İnterfaks” agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllinə xidmət edə biləcək məsələlərdən başqa, hazır mətn və istiqamətləndirici suallar əsasında hər şeydən danışıb. Və onun cavablarından orta səviyyədən də aşağı bir jurnalistin çıxara biləcəyi çoxsaylı suallar da Mnatsakanyana verilməyib. Sadəcə danışması, “ürəyini boşaltması”, mesaj ötürücüsü funksiyasını yerinə yetirməsi üçün imkan yaradılıb, vəssalam.
Mnatsakanyan müsahibəsinə Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhədində həyata keçirilən hərbi təxribatdan başlayır və Ermənistanın bütün siyasi hakimiyyətlərinə xas olan bir həyasızlıqla Azərbaycanı iyul təcavüzündə, “nifrət atmosferini bölgədən kənara daşımaqda, hərbi ritorikanı gücləndirməkdə, “ermənifobiya”da günahlandırır.
Öncə qeyd edim ki, rəsmi Bakı iyul ayındakı lokal hərbi toqquşmaların məhz Ermənistanın təxribatından qaynaqlandığını sübuta yetirəcək çoxsaylı fakta malik olduğunu dəfələrlə bəyan edib. Digər tərəfdən, son hərbi toqquşmadan bir qədər öncə Ermənistana müxtəlif ölkələr vasitəsiylə və yollarla ötürülən silahlardan iyul hadisələri zamanı istifadə olunması işğalçı ölkənin sərhəd təxribatına öncədən hazırlaşdığını sübuta yetirir. Təbii ki, Zöhrab Mnatsakanyan müsahibəsində geninə-boluna təriflədiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin soyuq reaksiyası da təsdiq edir ki, təxribat məhz Ermənistan tərəfindən gerçəkləşdirilib. Əks təqdirdə biz həmsədrlərin daha sərt və ünvanlı bəyanatlarının şahidi olardıq.
Ermənistan xarici işlər nazirinin “hərbi ritorika”, “ermənifobiya” ilə bağlı ittihamlarına gəldikdə isə, bunu siyasi riyakarlığın, simasızlığın klassik erməni üslubunda təntənəsi kimi qəbul etmək olar. Görünür, Mnatsakanyan qarşısındakı, mövcudluğu ehtimal olunan jurnalistin timsalında hamının yaddaşsız olduğunu düşünür. Hər halda Nikol Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə intensiv səfərləri və burada verdiyi bəyanatlar Ermənistanın ritorikanı yumşaltmaq, sülh atmosferi yaratmaq niyyətində olduğunu nümayiş etdirmir.
Mnatsakanyanın Ermənistanı və Dağlıq Qarabağdakı qondarma rejimi “sülhpərvər” göstərmək cəhdləri isə gülüncdür. Ən azı ona görə ki, Ermənistanın baş naziri Tovuz istiqamətində Azərbaycan sərhədlərini pozmağa çalışan erməni hərbiçilərini şəxsən mükafatlandırır, hətta onlardan birinə “Milli Qəhrəman” adı verir. Digər tərəfdən isə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan guya Gəncəni bombalaya biləcəklərinə dair hədələrlə çıxış edir. Bu necə sülhsevərlikdir? Və bütün bunlardan sonra torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın vətəndaşları təcavüzü, mülki əhalinin gülləbaran edilməsini, günahsız insanların qətlə yetirilməsini təşviq edən işğalçı ölkəyə və onun azərbaycanlılara, bütövlükdə bölgə xalqlarına nifrət, qəzəb üzərində “tərbiyə olunan” sakinlərinə necə münasibət bəsləməlidirlər? İşğal olunan Azərbaycan ərazilərindən, o cümlədən indiki Ermənistandan didərgin, qaçqın düşmüş, erməni vəhşiliklərinin – soyqırım aktlarının, kütləvi qətliamların ağrı-acısını daşıyan, yurd yerləri ilə yanaşı uşaqlıqları, gənclikləri qəsb edilmiş milyona yaxın azərbaycanlı onları bu duruma salanlara necə münasibət bəsləməlidirlər? Bəlkə Zöhrab Mnatsakanyan azərbaycanlılardan sevgi etirafları gözləyir?
Azərbaycanda “ermənifobiya” yoxdur, ola da bilməz. Azərbaycan xalqının qəzəbi də, nifrəti də, Vətən sevgisindən doğan mübarizə, savaş əzminin hədəfi də işğalçı Ermənistandır və bu reallıq işğala son qoyulanadək dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyü Azərbaycan xalqının da, dövlətinin də keçilməsi mümkün olmayan qırmızı cizgisidir və bunu Zöhrab Mnatsakanyan da, onun “sülhpərvər” deyib öydüyü ermənilər də başa düşməlidirlər.
Ermənistanın xarici işlər nazirinin müsahibəsində nəzərə çarpan yeni, amma yenə də klassik erməni üslubunda dilə gətirilən məqam, onun beynəlxalq hüquqda mövcud olmayan “məhdudiyyətsiz/limitsiz öz müqəddəratını təyinetmə” iddiası ilə bağlıdır. Təbii ki, məqsəd aydındır və oz ağlına görə, gündəmi bu mövcud olmayan anlayış ətrafında müzakirələrlə məşğul etməyə, diqqəti münaqişənin əsas mahiyyətindən yayındırmağa çalışır. Əslində burada “məhdudiyyətsiz/limitsiz” sözləri Ermənistanın münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə münasibətini ifadə edir. Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq üçün prosesinin “məhdudiyyətsiz/limitsiz” olmasını arzulayır və işğalçı ölkənin hərbi-siyasi təxribatlarının da hədəfi bununla bağlıdır.
Bu, növbəti dəfə nümayiş etdirir ki, Ermənistan münaqişənin həllində qətiyyən maraqlı deyil və hər vəchlə ortaya müxtəlif əhəmiyyətsiz məsələlər atmaqla, irrasional, absurd bəhanələr gətirməklə vaxt qazanmağa, işğalı davam etdirməyə çalışır. Mnatsakanyanın işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin müstəqil hüququn subyekti, yaxud tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı iddiaları da danışıqlar prosesində heç bir irəliləyişin əldə olunmamasına xidmət edir. Baxmayaraq ki, hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri də danışıqlar formatının dəyişməyəcəyini, bunun mümkünsüz olduğunu bildiriblər. Amma Paşinyan da, Mnatsakanyan da eyni iddianı təkrarlamaqdan yorulmurlar. Çünki bu onlara prosesin pozulması və hər dəfə “0” nöqtəsinə qaytarılması üçün lazımdır.
Ermənistan xarici işlər nazirinin müsahibəsində haqqında söz açdığı “Dağlıq Qarabağ xalqı” da elə qondarma rejimin özü kimi hüquqi baxımdan mövcud deyil və ola da bilməz. Dağlıq Qarabağın öz torpağından didərgin salınmış azərbaycanlı icması və indi işğalçı Ermənistan ordusunun nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan erməni icması var. Dağlıq Qarabağdakı qondarma rejim isə heç vaxt bu icmaları təmsil etmək hüququna malik olmayıb və olması mümkün də deyil.
Mnatsakanyan müsahibəsində diqqət çəkən məqamlardan biri də, onun Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı barədə söylədikləridir. Ermənistanın xarici işlər naziri etiraf edir ki, iyul hadisələrindən sonra ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığı daha da artıb və Ermənistanın Rusiyadan yeni hərbi təyyarə və vertolyotlar alma məsələsinə də bu əməkdaşlıq müstəvisindən baxılmalıdır. Qeyd edim ki, bu etiraf yayındırıcı açıqlamalarla çıxış edənlərin mülahizələrini təkzib etməklə yanaşı, avqustun 13-də Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinə telefon zəngində iyulun 17-dən başlayaraq Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması barədə narahatlığının da əbəs olmadığını göstərir.
Zöhrab Mnatsakanyan iddia edir ki, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı ümumi maraqlardan qaynaqlanır və guya Ermənistan bölgədə heç kim üçün təhlükə deyil. Qədim Roma siyasətçisi, natiqi və filosofu Siseronun bu qəbildən olan siyasi həyasızlıqlar üçün dediyi məşhur bir deyim var: “Kağız qızarmır”. Təbii ki, Mnatsakanyanın yalan və böhtanlarının yer aldığı müsahibə də, həmçinin. Hətta internet resursunda yer alsa da belə...
Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Regionun bütün ölkələrinə qarşı ərazi iddiaları ilə çıxış edir. Görəsən, Mnatsakanyanın məntiqinə görə, əsl təhlükə necə olur? Yaxud necə olur ki, regionun digər böyük dövləti olan Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı “Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edir”, amma Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT başda olmaqla, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, dövlətləri tərəfindən tanınan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı, yəni indiki halda təcavüzkarın silahlandırılması regionda sabitlik yaradır? Bu adam özü öz dediklərinə inanır görəsən?
Türkiyə, təkcə bu gün yox, tarix boyu Cənubi Qafqazda sabitliyin və sülh şəraitinin təmin olunmasında müstəsna rol oynayıb. Və bu gün də eyni missiyanı uğurla həyata keçirir. Cənubi Qafqaz üçün isə ən böyük təhlükə Ermənistan rəhbərliyinin faşizm siyasəti və onun ortalıqda olan ağır nəticələridir.
Mnatsakanyanın – mülki Azərbaycan vətəndaşlarını hədəfə alan, evlərini, təsərrüfatlarını dağıdan işğalçı ölkənin xarici işlər nazirinin atəşkəs rejiminin qorunmasının vacibliyi barədə danışması isə onun rol aldığı absurd teatrının növbəti “qırmızı” elementi sayıla bilər. Maraqlıdır, Ermənistan silahlı qüvvələri hər gün atəşkəs rejimini pozduğu halda, Mnatsakanyan hansı üzlə atəşkəs rejiminin qorunmasının vacibliyindən danışır? Onun məntiqindən belə çıxır ki, Azərbaycan Ordusu baş verənlərə müşahidəçi qalmalı, Ermənistanın təxribatlarının üzərindən sükutla keçməli və imkan verməlidir ki, işğalçı ordu Azərbaycan ərazilərində daha da möhkəmlənsin... Ay sənin məntiqini... yesinlər.
Ermənistan rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu indi özünün ən qüdrətli dövrünü yaşayır və hər gün daha da güclənir, düşmənin bütün həmlələrinə yerində və vaxtında cavab verir, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz təcüvüzkarın bütün təxribat cəhdlərini qarşısını almaq, ona sarsıdıcı zərbələr vurmaq iqtidarındadır.
Son olaraq, Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin ünvanına səsləndirdiyi “tərif”lərə də toxunmaq istəyirəm. Burada da niyyət ortalıqdadır. Əvvəla, qeyd edim ki, Ermənistanın xarici işlər naziri Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ünvanına səsləndirdiyi haqlı iradlarların qarşılığında ermənilərin tarixən yüksək peşəkarlıqla icra etdikləri işin yenidən işə yarayacağını düşünərək, “tərif”in sərhədlərini bacardığı qədər genişləndirib və “barıt”ını ifrat dərəcədə çox edib. Digər tərədən, Minsk Qrupunun indiki fəaliyyəti, yaxud fəaliyyətsizliyi Ermənistanın maraqlarına xidmət edir və təbii ki, Mnatsakanyan da Minsk qrupunun fəaliyyətini “tərifləməklə”, onun mövcud formatının saxlanmasına tərəfdar çıxmaqla, status-kvonu möhkəmləndirməyə çalışır.
Müsahibə isə, bütövlükdə Ermənistan hakimiyyətinin işğala son qoymaq niyyətində olmadığını, danışıqların baş tutmaması, yaxud real nəticə verməməsi üçün hər dəfə yeni bir bəhanə gətirəcəyini, yeni təxribatlara əl atacaqlarını nümayiş etdirir. Azərbaycanın isə gözləməyə nə vaxtı, nə də səbri, nə də istəyi qalıb.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi ekspert
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
Bu gün, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər