İsrail Livanın cənubuna zərbələr endirib
Tarix: 13-11-2025 11:54 | Bölmə: Dünya
İsrail Livanın cənubuna zərbələr endirib

İsrail ordusu Livanın cənubundakı iki şəhərə hava hücumları edib.

Reyting.az
xəbər verir ki, 27 oktyabr 2024-cü ildə imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq İsrail ordusu Livana hücumlarını davam etdirir.

Livan hakimiyyəti hələlik hücumlar və ya hər hansı itki ilə bağlı açıqlama verməyib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrailin döyüş təyyarələri gecə saatlarında Nəbatiyə qubernatorluğunun Aytarun şəhərindəki Hanouk ərazisini və Tir şəhərindəki Tayrfalsiya şəhərinin qərbini bombalayıb.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabr ayında Livana hücum edib və 2024-cü ilin sentyabr ayına qədər bu hücum tammiqyaslı müharibəyə çevrilib. Nəticədə 4000-dən çox insan ölüb və təxminən 17000 nəfər yaralanıb. 2024-cü ilin noyabr ayında “Hizbullah” və İsrail arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin atəşkəsi 4500 dəfədən çox pozduğu və yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olduğu bildirilir.

İsrail həmçinin onilliklərdir saxladığı bəzi ərazilərdə mövcudluğunu qoruyur, eyni zamanda son müharibədə Livanda ələ keçirdiyi beş təpəni nəzarətində saxlayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər