QMİ sədri: "II Qareginin işğala dəstək verməsi dini baxımdan qəbuledilməzdir”
Tarix: 10-11-2020 14:58 | Bölmə: Siyasət
QMİ sədri: "II Qareginin işğala dəstək verməsi dini baxımdan qəbuledilməzdir”

“Bütün ermənilərin katalikosu II Qareginin ikinci Qarabağ müharibəsi zaman bütün ermənilərə müraciət edərək onları müharibəyə səsləməsi, Ermənistanın işğalına dəstək verməsi dini baxımdan qəbuledilməzdir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, II Qaregin bütün dünya ermənilərinə müraciət edərək Azərbaycanın işğal edilmiş ərazilərində sona qədər döyüşməyə çağırış edib: “Sülhə deyil, işğala çağırış onların əsl mahiyyətini göstərir. Bir əlində İncil, digər əlində silah tutaraq Azərbaycana qarşı döyüşməsi erməni ruhanilərin dinə sadiqliyini şübhə altında qoyur".

QMİ sədri qeyd edib ki, onların Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi savaşını dini müharibə kimi təqdim etmək istəkləri baş tutmadı: "Onlar bu yolla xristian ölkələrindən dəstək almaq kimi məkrli niyyətlərini davam etdirməkdədir. Azərbaycan öz ərazilərini işğaldan azad edir, Azərbaycanın haqq işi heç bir xalq, heç bir dinə qarşı deyildi. Əksinə, bu gün Bakda erməni kilsəsi dövlət tərəfindən qorunur"/APA.




Bölməyə aid digər xəbərlər