Ali Rəhbərin nümayəndəsi: “Qarabağın azad edilməsi Qafqazın sabitləşdirilməsi üçün böyük hadisədir”
Tarix: 12-11-2020 19:42 | Bölmə: Siyasət
Ali Rəhbərin nümayəndəsi: “Qarabağın azad edilməsi Qafqazın sabitləşdirilməsi üçün böyük hadisədir”

“Dağlıq Qarabağ bölgəsinin azad edilməsi Qafqaz bölgəsinin təhlükəsizliyinin sabitləşdirilməsi üçün böyük hadisədir”.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin Qərbi Azərbaycandakı nümayəndəsi və Urmiyənin imam-cüməsi Qureyşi bildirib.

O, Dağlıq Qarabağ bölgəsindəki hərbi əməliyyatların dayandırılmasından məmnun olduğunu ifadə edərək, müdrik Azərbaycan xalqını bu bölgələrin azad edilməsi münasibətilə təbrik edib.

Hüccətül-islam Qureyşi əlavə edib:

“İşğalçılar və dünyanın təkəbbürlü şəxsləri bilməlidir ki, millətlərə zülm və dövlətlərin işğalı heç vaxt daimi olmayıb və istər-istəməz onlar üçün alçaqlıq və peşmançılıqdan başqa bir şey gətirməyəcəkdir”.

O, daha sonra bildirib: “Azərbaycan xalqını təbrik edir, Uca Tanrıdan bu diyarın şəhidlərinə rəhmət və ailələrinə səbr diləyirəm”.




Bölməyə aid digər xəbərlər